Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xankəndidə Yeni il və Həmrəylik Günü üçün hazırlıqlar tamamlandı

Şəhərdə “Qış nağılı” və “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq

714

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-dən etibarən Xankəndi şəhərində iki bayram yarmarkası fəaliyyətə başlayacaq. Tədbirlərlə bağlı bütün təşkilati işlərin artıq yekunlaşdığı bildirilir.

Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən “Qış nağılı” yarmarkası şəhərin Zəfər meydanında qurulub. Məlumata görə, yarmarka yanvarın 5-dək davam edəcək.

Bayram tədbiri üçün ayrılmış ərazi Yeni il münasibətilə xüsusi işıqlandırmalar və müxtəlif dekorativ elementlərlə bəzədilib, meydan tamamilə bayram ovqatına köklənib.

Eyni zamanda, dekabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il yarmarkası da keçiriləcək. Burada fermerlər öz təsərrüfatlarına məxsus təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını sakinlərə təqdim edəcəklər.

Bundan əlavə, dekabrın 29-da Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram proqramı təşkil olunacaq. Dekabrın 31-də isə şəhərdə bayram atəşfəşanlığı planlaşdırılır.


Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.