Xəzərdə ekoloji nəzarət gücləndirildi
Motorlu qayıq, tor və ov alətləri götürülüb; araşdırmalar davam edir.
Neftçala Xətt Polis Bölməsinin əməkdaşları ekoloji cinayətlərin qarşısını almaq məqsədilə keçirilən tədbirlər çərçivəsində qanunsuz balıq ovu ilə məşğul olan R.Musayevi saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəxsin üzərindən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri və qanunsuz olaraq tutulmuş müxtəlif növ balıqlar götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.