Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xərçəng xəstələrinin müalicə üçün özəl klinika seçmələri mümkün olacaq

Qanun layihəsinə əsasən, pasiyentlər ixtisaslı lisenziyalı özəl tibb müəssisələrində də onkoloji müalicə ala biləcəklər, bu da vətəndaşların həkim və klinika seçimini təmin edəcək.

87

Azərbaycan Milli Məclisi onkoloji xəstələrin müalicə seçim imkanlarını genişləndirəcək qanun layihəsini müzakirəyə çıxarıb. Dəyişikliklərə əsasən, pasiyentlər artıq yalnız dövlət tibb müəssisələrinə bağlı qalmayacaq, lisenziyalı özəl klinikalarda da müalicə ala biləcəklər.

Hazırda “Onkoloji yardım haqqında” qanuna görə onkoloji xidmət yalnız ixtisaslaşmış dövlət müəssisələrində göstərilir və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu isə pasiyentlərin həkim və müalicə müəssisəsini seçmək hüququnu faktiki məhdudlaşdırır.

Yeni qanun layihəsi ilə yalnız onkoloji xidmət üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri bu fəaliyyəti həyata keçirə biləcək. Beləliklə, vətəndaşlar öz iradələrinə uyğun olaraq dövlət və ya lisenziyalı özəl klinikada müalicə almaq imkanına sahib olacaqlar.

Qanunun qəbul edilməsi həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər üçün həkim və tibb müəssisəsi seçimi hüququnun təmin olunmasına şərait yaradacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.