Bizimlə həyatınız həmişə işıqlı olacaq!

WSJ: Trampa İranda rejim dəyişikliyi üçün təzyiq edilib

Nəşr yazır ki, Netanyahu və respublikaçı qanunvericilər ABŞ prezidentini Tehrana qarşı daha sərt addımlar atmağa çağırıblar

98

ABŞ-da bir sıra qanunvericilər aylardır Prezident Donald Trampı İranda hakimiyyətin güc yolu ilə dəyişdirilməsi məsələsinə daha sərt yanaşmağa çağırırdılar.

Bu barədə “The Wall Street Journal” qəzeti administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu və Respublikaçılar Partiyasından olan bəzi konqresmenlər Trampa İran rəhbərliyinin əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini bildirərək, yaranmış situasiyadan istifadə etməyi və rejimə qarşı qəti addımlar atmağı tövsiyə ediblər.

Qəzetin mənbələri həmçinin qeyd ediblər ki, ABŞ prezidentində İranda hakimiyyətin zorakı yolla dəyişdirilməsi ideyası yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsinə yönəlmiş hərbi əməliyyatdan sonra formalaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.