Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Volodimir Zelenskidən Yaxın Şərq ölkələrinə dron dəstəyi açıqlaması

Atəşkəs razılaşdırılarsa, Ukrayna “Şahed” dronlarına qarşı operatorlarını regiona göndərəcək

69

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ərəb ölkələrinin liderləri Moskvanı atəşkəsə razı sala bilsələr, Ukrayna Yaxın Şərq dövlətlərinə İranın “Şahed” dronlarına qarşı yardım göstərə bilər.

Zelenski vurğulayıb ki, həmin regionun liderləri Rusiyaya münasibətdə müsbət mövqedədirlər və bir aylıq atəşkəs elan etməsini tələb edə bilərlər. Atəşkəs təsdiqləndikdən sonra Ukrayna özündə ən peşəkar dron operatorlarını həmin ölkələrə göndərəcək.

Prezident əlavə edib ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər Vladimir Putinlə güclü iqtisadi əlaqələrə malikdir və bu yardım İsrailə də eyni şəkildə göstərilə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.