Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Venesuela ABŞ ilə iqtisadi və siyasi əlaqələrini gücləndirdi

100 milyon dollarlıq qızıl göndərildikdən sonra ABŞ Venesuelanın yeni hökumətini tanıyıb

87

Venesuela ABŞ-a 100 milyon dollarlıq qızıl göndərdi və yeni hökumət tanındı

Venesuela ABŞ-a 100 milyon dollar dəyərində qızıl tədarük edib. ABŞ-ın daxili işlər naziri Duqlas Berqam bildirib ki, qiymətli metal 6 mart tarixində ölkəyə çatdırılıb.

Rusiya mətbuatına istinadla məlumat verilir ki, qızıl sənaye və kommersiya məqsədləri üçün istifadə olunacaq. Razılaşmaya əsasən, Venesuelanın dövlət şirkəti “Minerven” dünyanın ən böyük treydinq şirkətlərindən biri olan “Trafigura”ya 1 tona qədər qızıl külçə satacaq, daha sonra bu qızıl ABŞ zavodlarına çatdırılacaq.

Əvvəllər Türkiyə və ya İrana göndərilən Venesuela qızılının ABŞ-a yönəldilməsi tərəflər arasında siyasi yaxınlaşmadan xəbər verir. Razılaşmadan əldə olunan vəsait Venesuela hökumətinə və xalqına yönələcək.

Bu addımdan dərhal sonra ABŞ Venesuelanın yeni hökumətini rəsmi olaraq tanıyıb. Nazir Berqamın şəxsi səfəri razılaşmanın Vaşinqton üçün prioritet olduğunu göstərir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.