Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vatikan Trampın təşəbbüsünü dəyərləndirir

Papa Leonun “Sülh Şurası”na mümkün qatılması ilə bağlı qərar hələ verilməyib

78

Vatikan Papa Leonun ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na dəvət aldığını təsdiqləyib. Bu barədə Vatikanın dövlət katibi Pietro Parolin açıqlama verib.

Onun sözlərinə görə, dəvət rəsmi şəkildə qəbul edilib, lakin Vatikan hazırda təşəbbüsdə iştirakla bağlı yekun mövqeyini formalaşdırmayıb. “Dəvət alınıb və Papa tərəfindən qəbul olunub. Hazırda mümkün addımlar dəyərləndirilir. Qərar vermək üçün müəyyən vaxta ehtiyac var”, – deyə Parolin qeyd edib.

Məlumata görə, “Sülh Şurası”na ümumilikdə 60-a yaxın ölkə çağırılıb və həmin siyahıda Azərbaycan da yer alır. Bununla yanaşı, Böyük Britaniya, Fransa və Norveç bu təşəbbüsdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.