Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqtondan Tehrana sərt mesaj

ABŞ nümayəndəsi İranı nüvə proqramı ilə bağlı hədələyib: “Odla oynamayın, diplomatik yolu seçin”

86

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ölkəsinin nüvə proqramı ilə bağlı ittihamlara cavab verib. O bildirib ki, İranın nüvə fəaliyyəti tamamilə sülhməramlı xarakter daşıyır və beynəlxalq səviyyədə ən sərt yoxlama mexanizmləri altında həyata keçirilir.

Diplomat ABŞ ilə mümkün danışıqlara da toxunaraq qeyd edib ki, Tehran ədalətli və real məzmunlu dialoqa açıqdır. Bununla belə, Vaşinqtonun uranın zənginləşdirilməsindən tam imtina tələbinin İranın qanuni hüquqlarına zidd olduğunu vurğulayıb.
“İran heç bir təzyiq və hədələr qarşısında geri addım atmayacaq”, – deyə İrəvani bildirib.

ABŞ tərəfi isə bu bəyanata sərt reaksiya verib. Vaşinqtonun rəsmi nümayəndəsi Morqan Ortaqus İran diplomatına müraciətlə deyib:
“Odla oynamayın. Prezident Trampın uzatdığı diplomatik əli qəbul edin – bu əl hələ də sizə doğru uzanıb”.

Bəyanatlar fonunda İran–ABŞ münasibətlərində gərginliyin azalmadığı bir daha diqqət çəkir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.