Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə şəxsi müraciət edərək fevralın 1-dək Kiyevə zərbələrin dayandırılmasını xahiş edib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Tramp danışıqlar üçün uyğun mühitin formalaşdırılması məqsədilə Putindən müəyyən müddət ərzində hücumların dayandırılmasını istəyib. O, müraciətin konkret olaraq fevralın 1-dək olan dövrü əhatə etdiyini təsdiqləyib.
Kremlin nümayəndəsi Putinin bu xahişə razılıq verib-vermədiyi, eləcə də söhbətin bütün zərbələrdən, yoxsa yalnız enerji infrastrukturu ilə bağlı hücumlardan getdiyi barədə detalları açıqlamayıb. Peskov yalnız bildirib ki, məsələ danışıqlar üçün əlverişli şəraitin yaradılması kontekstində müzakirə olunub.
Xatırladaq ki, Tramp bir gün əvvəl sərt hava şəraiti ilə əlaqədar Kiyevə hücumların bir həftəlik dayandırılması təklifi ilə Putinə şəxsən müraciət etdiyini və Rusiya liderinin bu təklifə müsbət yanaşdığını açıqlamışdı.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.