Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqtondan enerji bazarına yeni addım

ABŞ 1 milyard dollarlıq Venesuela neftini satdığını açıqladı, yaxın aylarda daha 5 milyard dollarlıq satış planlaşdırılır

24

ABŞ 1 milyard dollardan artıq dəyərə malik Venesuela neftinin satışını artıq reallaşdırıb. Bu barədə “NBC News”a açıqlamasında ABŞ-ın energetika naziri Kris Rayt məlumat verib.

Nazirin sözlərinə görə, qarşıdakı aylarda Vaşinqtonun əlavə olaraq təxminən 5 milyard dollar həcmində Venesuela neftini bazara çıxarmaq imkanı var. Lakin o, tədarükün hansı ölkələrə və ya şirkətlərə yönəldiləcəyi ilə bağlı detalları açıqlamayıb.

Hazırda Venesuelada səfərdə olan Kris Rayt ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirir. Bildirilir ki, o, Venesuelanın vitse-prezidenti Delsi Rodriges və digər səlahiyyətli şəxslərlə danışıqlar aparıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.