Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqtondan Cənubi Qafqaza mesaj

ABŞ Prezidenti erməni səfirini qəbul edərək regionda sabitlik və davamlı sülhün vacibliyini vurğuladı

357

ABŞ Prezidenti Donald Tramp Azərbaycan–Ermənistan arasında sülh prosesinə dəstəyini bir daha bəyan edib.

Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Donald Trampla görüşüb. Bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Görüş zamanı Narek Mkrtçyan ABŞ Prezidentinə Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması istiqamətində göstərdiyi ardıcıl səylərə görə təşəkkürünü bildirib.

Donald Tramp isə cavabında erməni xalqını təbrik edərək, onların sabitlik və sülh şəraitində yaşamağa layiq olduğunu vurğulayıb. ABŞ Prezidenti eyni zamanda Azərbaycan–Ermənistan sülh prosesinə sadiq qaldığını bir daha təsdiqləyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.