Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqtonda Ölüm Hökmünə Yaşıl İşıq Yandırıldı

Trampın imzaladığı sərəncam paytaxtda edam cəzasının tətbiqinə imkan verir, ölkə üzrə genişlənməsi isə gündəmdədir.

14

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb. Bu qərar ABŞ-ın ştat statusuna malik olmayan, lakin Konqresin birbaşa idarəçiliyi altında olan Kolumbiya dairəsində qüvvəyə minəcək.

İmzalanma mərasimində çıxış edən ABŞ-ın baş prokuroru Pam Bondi ölüm cəzasının yalnız Vaşinqtonda deyil, bütün ölkə üzrə tətbiqinə nail olmaq istədiklərini bildirib: “Biz bunun üçün təkcə paytaxtda deyil, bütün ABŞ ərazisində mübarizə aparırıq”, – deyə o vurğulayıb.

Məlumat üçün, 1973-cü ildən bəri ABŞ-da edama məhkum edilmiş 200 nəfər sonradan bəraət qazanıb. Onların 108-i qaradərili məhbus olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.