Vaşinqton və Moskva arasında yeni təmas
Rusiya və ABŞ Əbu-Dabidə keçirilən danışıqlardan sonra yüksək səviyyəli hərbi dialoqu bərpa edib
Rusiya ilə ABŞ arasında yüksək səviyyəli hərbi təmaslar yenidən qurulub. Vaşinqton və Moskva Əbu-Dabidə keçirilən görüşlərdən sonra hərbi dialoqun bərpası barədə razılığa gəliblər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, tərəflər hərbi kanalların açıq saxlanılmasını qlobal təhlükəsizlik və sabitlik baxımından mühüm hesab edirlər. Razılaşmada vurğulanıb ki, şəffaflığın artırılması və mümkün gərginliklərin qarşısının alınması üçün dialoq zəruridir.
Hərbi əlaqələrin yenidən qurulması ABŞ Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviçin Əbu-Dabidə Rusiya və Ukraynadan olan yüksək rütbəli hərbi rəsmilərlə apardığı danışıqlardan sonra mümkün olub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.