Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vəkillər Kollegiyasından rəsmi statistika

Azərbaycanda vəkillərin sayı 2 836-ya çatdı: kişi və qadın vəkillərin nisbəti açıqlandı

73

2025-ci il ərzində 347 namizəd and içərək Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub. Bu barədə Kollegiyadan məlumat verilib.

Yeni qəbul olunanlarla birlikdə ölkə üzrə vəkillərin ümumi sayı 2 836 nəfərə yüksəlib. Hazırda fəaliyyət göstərən vəkillərin 2 203 nəfəri kişilərdir ki, bu da ümumi sayın 77,68 faizini təşkil edir. Qadın vəkillərin sayı isə 633 nəfərdir (22,32 faiz).

Vəkillərin böyük əksəriyyəti paytaxtda fəaliyyət göstərir. Belə ki, 2 314 vəkil (81,59 faiz) Bakıda, 522 nəfər (18,41 faiz) isə respublikanın müxtəlif regionlarında hüquqi fəaliyyətlə məşğuldur.

Bununla yanaşı, Vəkillər Kollegiyasında 400-dən çox vəkil köməkçisi də fəaliyyət göstərir.

Qeyd olunub ki, 2018–2025-ci illər ərzində Kollegiyaya qəbul edilən 2 156 vəkil bundan əvvəl dövlət və özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.