Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaqların hüquqları güclənir

Yeni qanun layihəsi vətəndaşlıq, ad və soyadın verilməsi qaydalarını dəqiqləşdirir, valideyn razılığı olmadığı hallarda isə icra orqanları qərar verəcək

344

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində bu gün müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” qanun layihəsində uşağın vətəndaşlıq və ad hüquqları xüsusi olaraq nəzərdə tutulub.

Layihəyə görə, hər uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsi çərçivəsində qeydiyyata alınır. Ümumiyyətlə, uşaqlar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsində göstərilən istisnalar xaricində Azərbaycan vətəndaşlığı qazanırlar.

Uşağa ad verilməsi Ailə Məcəlləsinin qaydalarına uyğun həyata keçirilir. Valideynlərin qarşılıqlı razılığı əsasında ad seçilir; valideynlər razılaşmadıqda isə müvafiq icra hakimiyyəti orqanı qərar verir.

Soyad məsələsində isə əsas qayda valideynlərin soyadının nəzərə alınmasıdır. Valideynlərin soyadı fərqli olduqda uşağa atanın və ya ananın soyadı valideynlərin razılığı ilə təyin olunur. Ad, ata adı və soyadın verilməsi, dəyişdirilməsi qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı tənzimləyir.

Atalıq müəyyən edilmədikdə, uşağın adı ananın göstərişi ilə verilir, ata adı isə qanuna uyğun olaraq qeydə alınmış şəxsin adına əsasən müəyyən olunur, soyad isə ananın soyadına uyğun təyin edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.