Uşaqlarda Göz Altı Qızarıqları
Pediatr izah edir: Çəhrayı kölgələr allergiyanı göstərə bilər, böyrəklə əlaqəsi yoxdur
Pediatr Aytən İsmayılzadə uşaqların göz altı nahiyəsindəki qızarıqların onların “allergik uşaq” olmasından xəbər verə biləcəyini bildirib.
O vurğulayıb ki, bu qızarıqlar böyrəklə bağlı deyil:
“Bu uşaqların orqanizmi bədənə yad olan qidalara reaksiya verir. Daha çox şirniyyat, şokolad və paket məhsulları yeyən uşaqlarda müşahidə olunur. Həmçinin qida intoleransında da bu əlamət görünə bilər. Belə ki, bəzi qida məhsullarının artıq qəbulu bədəndə yalançı allergik reaksiyalara səbəb olur və bu əlamət də yaranır.
Bu uşaqlarda digər allergik simptomlar, məsələn, burunda və gözdə qaşınma, səpkilər, qulaq arxasında bişməcə, başda qartmaq və uzun öskürək müşahidə oluna bilər, amma olmaya da bilər. Qaraşın uşaqlarda isə çəhrayı deyil, göyümtül kölgəliklər görünür. Diqqət yetirsəniz, allergik məhsullar azaldıldıqda çəhrayılıq solur. Əsasən də bağırsaq divarının qıcıqlanmasının qarşısını almaq vacibdir”, — deyə pediatr əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.