Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Universitetlərdə 3 mindən çox boş yer qaldı

Qəbul imtahanlarının nəticələri açıqlanıb – abituriyentlər üçün yeni şans

11

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 88 min 756 nəfər iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) tələbə adını qazanıb.

Nəticələrə görə, universitetlərdə 3 min 100-dən artıq boş yer mövcuddur.

Qruplar üzrə vəziyyət belədir:

  • I qrup – 20 385 yerdən 18 432-si dolub, 1953 boş yer qalıb.

  • II qrup – 14 935 yerdən 14 542-si dolub, 393 boş yer mövcuddur.

  • III qrup – 15 583 yerdən 15 340-ı dolub, 243 boş yer açıqdır.

  • IV qrup – 4 732 yerdən 4 507-si dolub, 225 boş yer qalır.

  • V qrup – 4 704 yerdən 4 415-i dolub, 289 boş yer mövcuddur.

Qeyd edək ki, boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet üzərindən aparılacaq. Abituriyentlər elektron ərizələrində həm universitetlərin boş qalan yerlərini, həm də kolleclərin ixtisaslarını göstərə biləcəklər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.