Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Universitetdə ustad dərslər

432

Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə ustad dərsləri keçirilib. MDTM-in direktoru Vəfa Məhərrəmovanın moderatorluğu ilə onlayn və əyani formatda təşkil olunan dərslərdə universitetin pedaqoji, iqtisadi və mühəndislik istiqamətləri üzrə təhsil alan magistrantları iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli tərəfindən “Akademik yazının tamlığı, əsas prinsip və modelləri” mövzusunda ilk dərs martın 3-də onlayn formatda baş tutub.

Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz tərəfindən martın 11-də keçirilən növbəti ustad dərs “Süni intellekt” mövzusuna həsr edilib.

Sonuncu ustad dərs isə martın 12-də UNEC-in professoru Elnur Sadıqov tərəfindən “Müasir dövrdə bankların ödəniş sistemləri” mövzusunda keçirilib.

Dərslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və gənclərin hərtərəfli inkişafı məqsədilə müvafiq təlimlərin və ustad dərslərin keçirilməsinə xüsusi önəm verilir. Cari ilin aprel ayında MDTM-də ustad dərslərin davam etdirilməsi nəzərdə tutulub.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.