Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Universitetdə “Pedaqogika” kitabının təqdimatı

299

2022-ci ilin 14 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin təşkilatçılığı ilə “Pedaqogika” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində fakültənin akademik və inzibati heyət üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov təqdim edilən kitabın ərsəyə gəlməsində universitetin üç akademik heyət üzvünün iştirak etməsindən məmnunluğunu ifadə edib və onların pedaqoji təhsilin inkişafına xidmət edən birgə yaradıcı fəaliyyətlərini təqdirəlayiq hal kimi dəyərləndirib.

MDU-da pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərdən bəhs edən rektor yeni dərsliyin universitetin akademik heyət üzvləri və tələbələri, eləcə də digər təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olan müəllimlər üçün faydalı olacağına inandığını söyləyib və kitabın həmmüəlliflərinə təşəkkürünü bildirib.

Sonra, təqdimat mərasimində MDU-nun “Pedaqogika və psixologiya” kafedrasının əməkdaşlarından Sahib Məmmədov, Aygün İsmayılova, Nərgiz Niftəliyeva və Səbinə Quliyeva çıxış ediblər.

Məlumat verilib ki, sözügedən dərslik “Pedaqogika” kursu proqramlarına əsasən və Dövlət Təhsil Standartlarına müvafiq olaraq hazırlanmışdır. Pedaqogikanın ümumi əsasları”, “Didaktika: təlim və təhsil nəzəriyyələri”, “Tərbiyə nəzəriyyəsi” və “Məktəbşünaslıq” adlı 5 bölmədən və 21 fəsildən ibarət olan kitab 488 səhifə həcmindədir. Dərslikdə yer alan mövzular yeni pedaqoji təfəkkür kontekstində şərh olunur, müasir pedaqoji elmə və təcrübələrə əsaslanır. Diqqətə çatdırılıb ki, dərslikdən “Pedaqogika” kursu üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, pedaqoji istiqamətdə təhsil alan tələbələr, təhsil işçiləri, pedaqoji elmlər sahəsində məşğul olan tədqiqatçılar, magistrlər, doktorantlar, habelə təlim, tərbiyə və təhsil işləri ilə maraqlananlar faydalana bilərlər.

Daha sonra, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan kitab haqqında müzakirələr aparılıb.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.