Ümumtəhsil məktəblərində tədris təqvimi açıqlandı
Şagirdlər yanvarın 27-dən 31-dək qış tətilində olacaq, dərslər fevralın 2-də bərpa ediləcək
Azərbaycanda ümumtəhsil məktəblərində qış tətili başlayır. 2026-cı il üçün müəyyən edilmiş təqvimə əsasən, şagirdlər yanvarın 27-dən 31-dək qış tətilində olacaqlar. Tətil ümumilikdə 5 gün davam edəcək.
İkinci yarımildə dərslər fevralın 2-dən etibarən bərpa olunacaq. Buna səbəb fevralın 1-nin bazar gününə təsadüf etməsidir. Beləliklə, tədris prosesi fasiləsiz şəkildə davam etdiriləcək.
Qeyd edək ki, qış tətilinin tarixləri və müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub. Tətil günləri müəllimlər və məktəblərin inzibati heyəti üçün adi iş günü hesab olunur və onlar bu müddətdə pedaqoji, metodiki və təşkilati fəaliyyətlərini davam etdirirlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.