Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-nəzəri konfransın materialları dərc olunub

142

Mingəçevir Dövlət Universitetində (MDU) 2022-ci ilin 4-5 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransın materialları kitab şəklində nəşr olunub.

Kitabda respublikamızın 11 ali təhsil müəssisəsi və 6 elmi-tədqiqat institutu olmaqla, bütövlükdə 22 fərqli təşkilatdan 116 məqalə və tezis dərc olunub.

Eyni zamanda, kitabda MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü Adilə Abasova, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlu və YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibovun konfransın açılışındakı çıxışlarının mətni öz əksini tapıb.

Elmi-nəzəri konfransın materialları ilə aşağıdakı internet linki vasitəsilə tanış olmaq olar:

Konfrans materialları

https://mdu.edu.az/wp-content/uploads/2022/10/MATERIALLAR_H.Eliyev_4-5-may-2022.pdf

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.