Siyasət

Ümid Partiyasının Mingəçevir Şəhər Şöbəsinin növbəti konfransı keçirilib

Süleyman Kərimov yenidən şəhər şöbəsinin sədri seçilib

İyunun 6-da Ümid Partiyasının Mingəçevir Şəhər Şöbəsinin növbəti konfransı keçirilib. Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimizin sədaları ilə konfrans öz işinə başlayıb. Gündəliyə uyğun olaraq, şəhər şöbəsinin seçkili orqanlarının hesabatı dinlənilib və fəaliyyəti qənaətbəxş qəbul edilib.
 
Bundan sonra Ümid Partiyası Mingəçevir şəhər şöbəsinin seçkili orqanlarına yeni seçkilər keçirilib. Süleyman Kərimov yenidən şəhər şöbəsinin sədri seçilib.
Eyni zamanda şəhər şöbəsinin 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşdırılıb və şöbə məclisinin səlahiyyəti təsdiq olunub.
Konfransda Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev və partiya sədrinin təşkilat məsələləri üzrə müavini Hacı Bakir Həsənbəyli iştirak edib.
Daha çox

Oxşar yazılar

Close