Ukraynada məktəblər QRVİ səbəbindən distant təhsilə keçir
Bir sıra vilayətlərdə respirator virus infeksiyalarının artması məktəblərdə onlayn dərslərin tətbiqinə səbəb olub.
Ukraynada bir neçə vilayətdə məktəblər distant təhsil rejiminə keçib. Ölkədə kəskin respirator virus infeksiyalarına (QRVİ) yoluxma hallarında artım müşahidə olunur.
Son bir həftədə xəstələnənlərin sayı Lvov, Xmelnitski, Zaporojye, İvano-Frankovsk, Ternopol, Dnepropetrovsk və Volın vilayətlərində yüksəlib. Epidemioloji vəziyyət nəzərə alınaraq Xmelnitski və Dnepropetrovsk vilayətlərində bir sıra məktəblər artıq onlayn təhsilə keçirilib.
Səhiyyə mütəxəssisləri QRVİ-dən qorunmaq və müalicə üçün bol maye qəbulunu, istirahəti, hərarətsalıcı dərmanlardan istifadəni, sosial təmasların məhdudlaşdırılmasını, əl gigiyenasına diqqət göstərilməsini və maskadan istifadəni tövsiyə edirlər.
Həmçinin güclü öskürək və nəfəs darlığı olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Epidemioloji vəziyyətin gedişatından asılı olaraq, əlavə tədbirlər və qərarlar qəbul edilə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.