Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ukrayna-Rusiya gərginliyi

Voronej vilayətinə ABŞ istehsalı ATACMS raketləri endirildi, zərər dəyməsinə baxmayaraq xəsarət alan olmadı

8

Ukrayna Silahlı Qüvvələrinin Voronej vilayətinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirdiyi bildirilir. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, yanvar ayından bəri ilk dəfə Ukrayna ordusu bölgəyə dörd ədəd ABŞ istehsalı ATACMS raketi buraxıb. Rusiya tərəfi bütün raketləri havada məhv etdiyini açıqlayıb.

Hücum nəticəsində xəsarət alan olmasa da, vurulmuş raketlərin qalıqları Voronej Gerontologiya Mərkəzinin, uşaq evinin və bir yaşayış evinin damına ziyan vurub.

Rusiya hərbçiləri raketlərin Xarkov vilayətindən buraxıldığını müəyyən edərək həmin əraziyə cavab atəşi açdıqlarını bildirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.