Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Üç və daha çox uşağı olan analara da pensiya güzəşti tətbiq edilməlidir

Əli Məsimli qanunvericiliyə dəyişiklik təklif edib: “Bu addım sosial siyasətin güclənməsinə xidmət edər”

24

Azərbaycanda hazırda yalnız 5 və daha çox uşağı olan analar üçün pensiyaya 5 il tez çıxmaq hüququ mövcuddur. Lakin ölkədə bu sayda uşağı olan ailələrin azlığı səbəbindən, güzəştin daha geniş kateqoriyaya şamil edilməsi təklifi səsləndirilib.

Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxış edən deputat Əli Məsimli bildirib ki, 3 və daha çox uşağı olan analara da eyni güzəştin tətbiqi məqsədəuyğun olardı. Onun sözlərinə görə, bu təşəbbüs həm sosial siyasətin təkmilləşdirilməsinə, həm də ailə institutunun möhkəmlənməsinə xidmət edəcək.

Deputat əlavə edib ki, bu istiqamətdə atılacaq addımlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Məclisin birgə fəaliyyətinin uğurlu nümunəsi ola bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.