Tuvada Yeni il şənliklərinin keçirilməməsi gündəmdə
Respublika rəhbəri Xovalıq bayram tədbirlərinin müharibə şəraitində etik olmadığını bildirərək vətəndaşları xərcləri humanitar yardıma yönəltməyə çağırıb
Rusiyanın tərkibində olan Tuva Muxtar Respublikasında Yeni il bayramı ilə bağlı kütləvi şənliklərin ləğv olunması barədə təşəbbüs irəli sürülüb. Bu ideya bölgənin rəhbəri Vladislav Xovalıq tərəfindən səsləndirilib.
O, belə bir addımı Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqələndirib. Xovalıq bildirib ki, mövcud vəziyyət fonunda böyük kütləvi tədbirlərin və fişənglərlə müşayiət olunan bayram proqramlarının keçirilməsi xüsusi əməliyyatda iştirak edən hərbçilərə qarşı hörmətsizlik kimi qəbul oluna bilər.
“Vətəndaşlarımızı Yeni ili ailə daxilində, sakit şəkildə keçirməyə və bu tədbirlər üçün nəzərdə tutulan xərcləri hərbi qulluqçularımıza humanitar yardım göstərilməsinə yönəltməyə çağırıram”, – deyə o bəyan edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.