AzərbaycanElm və təhsilMDUXəbərlər

Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənəcək

Ermənistan hər zaman çirkin planlar həyata keçirməyə cəhd edir. ermənilər döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda həyata keçirdiyi işğalçılıq əməliyyatlarında onlar hiyləgər əməlləri ilə azərbaycanlılara qarşı terror aktları törədiblər. Sentyabrın 27-dən bəri onların yeni həmlələrinin Azərbaycan Ordusu tərəfindən ən yüksək səviyyədə verilməsi, düşmənin canlı qüvvəsinin, hərbi texnikasının darmadağın edilməsi və bir sıra torpaqlarımızın azad edilməsi onların düşünmədikləri nəticə idi. Bu səbəbdən düşmən öz himayədarlarını köməyə çağırır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir. Erməni seperatçılarının, diasporunun məqsədi birdir, dinc insanlara zərbə vurmaq və vahimə yaratmaq, bacardığı qədər adam öldürmək, bir də azad olunan torpaqları geri qaytarmaq..

Sentyabrın 27-dən bəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15-dən artıq mötəbər televiziya və informasiya agentliklərinə müsahibə verərək Azərbaycan həqiqətlərindən, real vəziyyətdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqı müharibə etmir, işğal altındakı torpaqlarını azad edir. Və bu ədalətin bərpa olunması uğrunda gedən mübarizəyə Azərbaycan xalqının minlərlə övladı könüllü olaraq cəbhə bölgəsinə yollanıb.

Bu günlərdə Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibədə də qeyd olunub ki, Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər.

Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.

Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları, qardaş dövlətin vətəndaşlarının göstərdikləri həmrəylik də qardaşlıq mövqeyinin təzahürüdür. Bundan başqa Azərbaycanla dost və qardaş olan Pakistan dövləti də Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermələri xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan uzun illər danışıqülar masasında oturub, həmsədr dövlətlərin iştirakı ilə keçən müzakirələrdə yalnız bir, torpqalarımızın qeyd şərtsiz azad edilməısi tələbini irəki sürüb və silahın yox, sülhün tərəfdarı olub. Lakin düşmən tərəf heç zaman atəşkəsə əməl etməyib, öz fitnələrini davam etdiriblər. Təəssüf ki, həmsədr dövlətlər də, digər ermənipərəst dövlətlər də ermənilərə dinc insanlara, evlərə, ərazilərə hücum etdikləri üçün dur deməyib. Buna rəğmən Azərbaycan yenə sülhün tərəfdarıdır. Oktyabrın 9-da Moskva şəhərində əldə edilən humanitar atəşkəs güman edirdik ki, onları durduracaq. Lakin belə olmadı.

Prezident İlham Əliyev: ”Çünki, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Lakin Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar”.

Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qane edici idi, detən dövlətimizin başçısı bildirib ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Prezidentimiz həm də əlavə edib ki, təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir.

Cənab İlham Əliyevin reallıqları bütün təfərrüatı ilə açıqlaması, dünyanın diqqətini ermənilərin azğınlıqlarına tərəf yönəltməsi Azərbaycanın qətiyyətlə torpaqlarından vaz keçməyəcəyi fikrini ifadə edir. İyirmi günə yaxındır ki, işğal altında qalmış torpaqlarımızın azad edilməsi uğrunda müharibə gedir və Azərbaycanın Şanlı Ordusu qələbələrlə xalqımızı sevindirir. Hər gün yeni-yeni yaşayış yerlərinin azad edilməsi xəbərini eşidən Azərbaycan xalqı, uşaqdan böyüyə hər kəs sevinclərini ifadə edir, birlik nümayiş etdirirlər.

Dövlətimizin başçısı deyib ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. “Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın”. Bu fikirləri deyən prezidentimiz çox doğru bir təklif irəli sürüb, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, – beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, – orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, – Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq sülhə daha da yaxınlaşırıq.

Bir də Qarabağda yaşayan ermənilərlə əlaqədar mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli, tolerant bir dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq.

Əsrlər boyu müharibələr olub, bilirik ki, hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq çalışmalıyıq ki, buna nail olaq.

Bu gün Azərbaycan tam başqa bir ölkədir! Müstəqillik əldə etdikdən sonra keçid dövründə, ondan sonrakı illərdə Azərbaycanda böhran, çətinliklər olub, lakin zamanla bütün bu çətinliklərin və problemlərin həllinə nail olunub. Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, dünyada tanınır. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var.

Xain hücumlar zərrə qədər də yolumuzdan döndərə bilməz! Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Və xüsusilə də azərbaycanlıların insanlığından, mərhəmətindən yararlanmaqdır. Elə düşünürlər ki, müharibə bölgəsindən çox uzaqlarda yerləşən şəhərlərimizə, dinc insanlara silahlar yağdırmaqla bizi qorxudacaqlar. Bu cür əməllər onların gerçək üzünü dünyaya göstərir. Əldə edilmiş humanitar atəşkəsə heç bir neçə saat belə əməl etməməklə ermənilər terrorçu, faşist simalarınlı bir daha göstərdilər. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!

30 ilə yaxın bir müddət ərzində susmamışıq, danışıqların fayda verəcəyini gözləmişik. Ermənilər isə elə düşünüblər ki, artıq Azərbaycan xalqı işğalla barışır. Bu heç zaman belə olmayıb. Biz sadəcə sülhün tərəfdarı olmuşuq, həmsədr dövlətlər isə gözlədiyimizin əksinə olaraq öz ermənipərəst mövqeyində qalıb, indi də elədir. Onlar güman edirlər ki, Azərbaycan xalqı geri duracaq. Azərbaycanın Milli Ordusu, cəsur döyüşçülərimiz hər gün yeni əraziləırimizi azad edirlər, orada üçrəngli bayrağımızı qaldlrırlar. Belə bir müvəffəqiyyət, qələbə bizim illərdən bəri gözlədiyimiz anlardır. Ordumuz düşməni geri oturdur, ermənilər isə qaçırlar. Çünki Azərbaycan torpaqlarında işğalçıya yer yoxdur. Azərbaycan tərəfi olaraq dost dediyimiz və dostluq, əməkdaşlıq etdiyimiz dövlətlərin hadisələrə dürüst yanaşmağı istəyirik. Prezidentimiz bununla əlaqədar qeyd edib ki, “İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz!”. “Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir!”

“Sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”.

Azərbaycanın daha bir tələbi isə odur ki, Minsk qrupunun tərkibi dəyişməlidir. Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. De-yure ya da de-fakto Türkiyə masada olmalıdır.Qardaş Türkiyəni bu prosesdə görürük və alqışlayırıq. Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var.

Paşinyan özünü itirib, panikaya düşüb. Paşinyan Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər. Paşinyan bunu gözləmirdi. Azərbaycan Ordusunun onları geri oturtmaları ermənilər üçün böyük zərbə oldu və onlar heç bir zaman özlərinə gələ bilməyəcəklər.

Türkiyə hərbi əməliyyatlarda iştirak etmir.Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi;

Ermənistanda əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Bölgəni işğalçılardan təmizləyəndən sonra Dağlıq Qarabağdakı düşərgələri də məhv edəcəyik. Başqa ölkənin vətəndaşı gəlib Azərbaycana qarşı müharibə aparır. Bunlar muzdlulardır;

Türkiyə qardaşımızdır. Bu hər zaman belə olub. Biz bir millət ,iki dövlətik. Türkiyə Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var;

Son iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, Erməni ordusuna çox böyük zərər vuruldu,33 tank qənimət götürüldü. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldı. TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir;

Ermənistan sürətlə silahlanır. Işğalçılar məkrli əməllərini dayandırmaq istəmirləır, lakin cavablarını alırlar. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir;

Ermənistandan hər şey gözləmək olar. Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar;

Hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. Insanların yaşayış səviyyəsi aşağı səviyyədədir.

Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın.

Prezidentimiz erməni baş nazirinin əsl simasını açaraq deyib ki, Soros Paşinyanı idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.

Dinc insanlara yönələn silahlı saldırılar zamanı vətəndaşlar gərginlik yaşadılar, evləri dağıdıldı, yaralananlar, ölənlər oldu. Ermənilər də cəzasız qalmadı, hərbi birləşmələrimiz onların cavabını layiqincə verdi. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşması üçün hər zaman önəmli addımlar atır. Cənab prezidentinmiz müsahibəsində vurğulayıb ki, evləri dağılmış insanların problemləri həll ediləcək. Onlar heç narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir.

Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Insanlar böyük ruh yüksəkliyi içərisindədir. Vətəndaşlar deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.

İndiki mərhələdə yalnız irəli getməliyik. Ermənistana şans verdik. Atəşkəsə razı olmaya da bilərdik. Kim məcbur edə bilərdi?! Heç kim. Bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Sülh yolu ilə oraya qayıdacağıq. Bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı ver.

Azərbaycan ilə hesablaşacaqlar. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Çünki, Azərbaycan iqtisadiyyatı inkişaf edib. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır.

Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır.Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.

Dövlət başçısı müsahibə zamanı daha bir müjdə verib, “ Bu gün daha 8 kəndimiz düşmən işğalından azad olundu! Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna!”

Qəhrəman, cəsur əsgərlərimiz ermənilərin qorxaq simalarını üzə çıxardılar. Çünki, onlar Vətən torpaqlarını azad edirlər. Və onlar bir reallığı da dünyaya göstərdilər, Qarabağ Azərbaycandır.

 

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close