Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaqların sosial şəbəkələrdə fəaliyyəti məhdudlaşdırılır

15 yaşadək uşaqlar valideyn icazəsi olsa belə sosial şəbəkələrə daxil ola bilməyəcək

58

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə ciddi məhdudiyyət qoyulması planlaşdırılır.

Belə ki, 15 yaşadək uşaqların sosial media platformalarına girişinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.

Layihə qəbul ediləcəyi təqdirdə, valideyn razılığı olsa belə, azyaşlıların sosial şəbəkələrdən istifadə etməsinə icazə verilməyəcək. Bu addımın uşaqların təhlükəsizliyinin və psixoloji sağlamlığının qorunması məqsədi daşıdığı bildirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.