Türkiyədə media qalmaqalı: İki telekanalın fəaliyyətinə məhdudiyyət qoyuldu
“Can” Holdinqin rəhbərləri saxlanıldı, “Habertürk” və “Show TV” əmlaklarına həbs qoyuldu
Türkiyədə “Can” Holdinqin rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər Küçükçekmece Prokurorluğunun göstərişi ilə saxlanılıb.
Onlara qarşı “cinayətkar dəstə yaratmaq”, “qaçaqmalçılıq”, “fırıldaqçılıq” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb. İstintaq çərçivəsində holdinqə məxsus bir sıra şirkətlər, eləcə də “Habertürk” və “Show TV” telekanallarına həbs qoyularaq Əmanətlərin Sığortalanması Fonduna (TMSF) təhvil verilib.
Səhər saatlarında jandarma qüvvələri İstanbulda “Can” Holdinqin mərkəzi ofisi də daxil olmaqla törəmə müəssisələrdə axtarışlar aparıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında iş adamı Turqay Ciner “Habertürk” və “Show TV” də daxil olmaqla bütün səhmlərini “Can” Holdinqə təhvil verərək mediadan çəkilmişdi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.