Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyə Şimali Kiprə altı F-16 təyyarəsi göndərəcək

Təhlükəsizlik məqsədilə təyyarələr səhər saatlarında yerləşdiriləcək və mülki uçuşlara təsir etməyəcək

80

Türkiyə 9 mart tarixində Şimali Kipr Türk Respublikasına altı F-16 qırıcı təyyarəsi göndərəcək.

“Cumhuriyet” qəzetinin məlumatına görə, Şimali Kipr Mülki Aviasiya İdarəsinin rəis müavini Aşkın Meşeli bildirib ki, təhlükəsizlik səbəbi ilə döyüş təyyarələri səhər saatlarında yerləşdiriləcək və bu, mülki uçuşlara təsir etməməlidir.

Martın 7-də Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda, Şimali Kiprə F-16-lərin göndərilməsinin mümkünlüyü qeyd olunub. Yerli medianın xəbərinə görə, bu məsələ İran böhranı ilə yanaşı, 9 martda Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək hökumət iclasının gündəliyində də yer alacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.