Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyə Prezidenti Ərdoğandan səmimi təbrik

Ərdoğan İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini və Qafqazda davamlı sülhə yönələn səyləri yüksək qiymətləndirib

190

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib.

Bu barədə Ərdoğan mükafatın laureatlarına ünvanladığı videomüraciətdə danışıb. O, builki mükafat sahibləri sırasında yer alan Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı səmimi qəlbdən təbrik etdiyini bildirib.

Türkiyə Prezidenti çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin davamlı sülh naminə atdığı cəsarətli addımlar, eləcə də Baş nazir Nikol Paşinyanın nümayiş etdirdiyi qətiyyət bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Ərdoğanın sözlərinə görə, tərəflərin məqsəd, məzmun və ruh baxımından razılaşdığı sənədin qüvvəyə minməsi Qafqazda yeni və ümidverici mərhələnin başlanğıcı ola bilər.

O, həmçinin qeyd edib ki, Türkiyə regionda və qlobal miqyasda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönələn bütün təşəbbüsləri ardıcıl şəkildə dəstəkləyir.

“Qafqazda davamlı sülhün təmin olunması üçün üzərimizə düşən bütün məsuliyyəti yerinə yetirməyə, ədalətə söykənən dostluq körpülərinin qurulması istiqamətində fəal mövqe tutmağa davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Sonda Türkiyə Prezidenti həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanı bir daha təbrik edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.