Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama verildi
Hadisə Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında baş verib, axtarışlar davam edir
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın bölgədə baş verən C-130 “Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzası ilə bağlı yeni açıqlama yayıb.
Nazirliyin məlumatına görə, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir.
Məlumata əsasən, Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Gürcüstan ərazisinə daxil olduqdan sonra rabitə əlaqəsini itirib. Qısa müddət sonra isə təyyarə sərhədyanı dağlıq ərazidə yerə düşüb.
Hadisənin dəqiq səbəbləri hələlik müəyyənləşdirilməyib. Milli Müdafiə Nazirliyi bildirib ki, istintaq prosesi davam edir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.