Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyə-ABŞ-Rusiya münasibətləri

Ankara S-400-lərdən imtina imkanını dəyərləndirir, F-35 proqramına qayıtmaq və sanksiyaları aradan qaldırmaq məqsədilə Rusiyadan kompensasiya tələb edə bilər

86

Türkiyə ABŞ-la münasibətləri normallaşdırmaq və F-35 qırıcılarının istehsal proqramına yenidən qoşulmaq məqsədilə Rusiyadan alınmış S-400 zenit-raket sistemindən imtina barədə müzakirələr aparır.

“Bloomberg” agentliyinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı mövzunu gündəmə gətirib. Lakin Kremlin nümayəndələri belə bir müzakirənin baş tutduğunu təkzib ediblər.

Vaşinqton uzun müddətdir Ankaradan S-400-lərdən imtina etməsini tələb edirdi. Bu məsələ 2019-cu ildə Türkiyənin F-35 proqramından çıxarılması və ABŞ tərəfindən sanksiyaların tətbiqinə səbəb olmuşdu.

Rusiyanın istehsalı olan hava hücumundan müdafiə sistemindən imtina edilməsi ABŞ-la hərbi əməkdaşlığın bərpasına və məhdudiyyətlərin aradan qaldırılmasına yol aça bilər. Eyni zamanda, Ankara S-400-lə bağlı Rusiyadan kompensasiya tələb etməyi də planlaşdırır ki, bu kompensasiya enerji resursları şəklində ola bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.