2023-cü il aprelin 13-də Dövlət Turizm Agentliyinin təşəbbüsü əsasında yaradılan “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib. Görüşdə MDU-nun İqtisadiyyat kafedrasının professor-müəllim heyəti və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib.
Könüllülük fəaliyyətlərinin gənclərin şəxsi inkişafındakı əhəmiyyətli rolundan bəhs edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov bildirib ki, görüş universitetdə “Turizm Könüllüləri” komandasının yaradılması ilə bağlı müvafiq məlumatlandırma məqsədi daşıyır.
Sonra, “Turizm könüllüləri” Təşkilatının icraçı direktoru Raminə Salayeva çıxış edərək təşkilatın yaranma tarixi, məqsədi və fəaliyyət istiqamətlərindən danışıb, turizm sahəsi üzrə təhsil alan və ya müvafiq sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün təşkilata üzv olmanın yaratdığı imkanlardan söz açıb. Təşkilatın respublikanın müxtəlif bölgələrində fəaliyyətinin olduğunu qeyd edən R.Salayeva yüksək turizm potensialına sahib Mingəçevirin turizm kadrları hazırlayan ali təhsil müəssisəsində “Turizm Könüllüləri” komandasının yaradılmasının önəmini vurğulayıb və gəncləri bu istiqamətdə fəal olmağa dəvət edib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Şərhlər bağlıdır.