Trampdan dünya siyasətinə dair iddialı bəyanat
ABŞ Prezidenti Ukrayna üzərindən yeni qlobal münaqişənin qarşısını alacağını bildirib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb olmayacaq.
Mətbuat konfransı zamanı çıxış edən Tramp Rusiyanın Ukraynaya müdaxiləsinin onun prezidentliyi dövründə baş vermədiyini bir daha vurğulayıb.
“Bu müharibəni mən başlamamışam. Bu, Bayden administrasiyasının səhv qərarlarının nəticəsidir. Mən hakimiyyətə gələndə vəziyyət qarışıqlıq içində idi, amma indi əminəm ki, bu müharibə qlobal fəlakətə çevrilməyəcək,” – deyə Tramp bildirib.
O, əlavə edib ki, ikinci prezidentlik müddətinə başladığı zaman Rusiya və Ukrayna arasında döyüşlər hələ də davam edirdi:
“Mən gələndə heç kim sülh barədə düşünmürdü. Dörd il ərzində bu mövzu gündəmdə deyildi. Bütün bunlar yanlış qərarların nəticəsidir,” – Tramp vurğulayıb.
ABŞ lideri həmçinin ötən həftə ərzində müharibədə 7 mindən çox insanın həyatını itirdiyini qeyd edib:
“Bu, bizim ölkəmizə birbaşa təsir etmir. Biz amerikalıları itirmirik, amma ruslar və ukraynalılar – xüsusilə əsgərlər – həyatlarını itirirlər. Mən inanıram ki, prezident Putinlə münasibətlərim sayəsində bu müharibəni tezliklə dayandırmaq mümkün olacaq,” – deyə Tramp sözlərinə yekun vurub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.