Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı müsbət qiymətləndirib. O, Vaşinqtonda keçirilən ənənəvi səhər yeməyindəki çıxışı zamanı hər iki lideri “yaxşı liderlər” adlandırıb.
Tramp çıxışında müxtəlif regionlarda gərginliklərin aradan qaldırılmasında rol oynadığını vurğulayaraq bildirib ki, Kamboca–Tailand, Kosovo–Serbiya, Pakistan–Hindistan, İsrail–İran, eləcə də Ermənistan–Azərbaycan arasında baş vermiş qarşıdurmaların dayandırılmasına nail olunub.
ABŞ Prezidenti Bakı ilə İrəvan arasında sülh prosesində irəliləyişin müşahidə edildiyini qeyd edib: “Onlar uzun illər münaqişə şəraitində olublar və əsasən mübarizə aparmağa öyrəşmişdilər. Amma biz bu prosesi olduqca qısa zamanda irəli apardıq. Doğrudan da, hər ikisi yaxşı liderdir”.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.