Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp: Ukrayna münaqişəsinin mürəkkəbliyini düzgün qiymətləndirməmişəm

ABŞ Prezidenti Vladimir Putinlə münasibətlərinə toxunaraq müharibəni bitirə biləcəyini düşündüyünü bildirib, xüsusi elçi Stiven Uittkoffun danışıqlarını isə yüksək qiymətləndirib.

29

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı Rusiya lideri Vladimir Putinlə münasibətlərinə toxunub.

Tramp bildirib ki, Putinlə əvvəllər çox yaxşı əlaqələri olub və məhz buna görə Ukrayna münaqişəsinin nizamlanmasına nail ola biləcəyini düşünüb. “Putinlə münasibətlərim yaxşı idi. Elə hesab edirdim ki, bu münaqişəni başa çatdıra bilərəm. Görünür, böhranın nə qədər mürəkkəb olduğunu tam qiymətləndirməmişəm”, – deyə o qeyd edib.

ABŞ Prezidenti həmçinin xüsusi elçisi Stiven Uittkoffun fəaliyyətini yüksək qiymətləndirib və onun Putinlə ilk görüşünün təxminən dörd saat davam etdiyini xatırladıb. Trampın sözlərinə görə, görüş zamanı prosesin gedişi ilə maraqlanıb və bir neçə dəfə əlaqə saxlayıb.

“Zəng edib vəziyyəti soruşdum. Bildirdilər ki, görüş davam edir. Bir saat sonra yenidən əlaqə saxladım və dedim ki, danışıqlar bitəndə mənə məlumat versin. Biz bu müharibəyə son qoymaq istəyirik. Onların ilk görüşü dörd saat çəkdi və yaxşı anlaşdılar”, – deyə Tramp vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.