Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp Rusiyanı “kağız pələng” adlandırdı – Kreml cavab verdi

ABŞ lideri Moskvanın iqtisadi zəifliyini vurğuladı, Kremlin sözçüsü isə Rusiyanı “ayı” ilə simvolizə etdi

18

ABŞ prezidenti Donald Tramp çıxışında Rusiya iqtisadiyyatının çöküş mərhələsinə qədəm qoyduğunu bəyan edib. Onun sözlərinə görə, Moskva həm daxili böhran, həm də Qərbin təzyiqləri nəticəsində əvvəlki gücünü itirməkdədir.

“Putin və Rusiya böyük iqtisadi çətinliklər yaşayır. İndi Ukraynanın hərəkətə keçməsi üçün ən uyğun vaxtdır”, – deyə Tramp bildirib. O əlavə edib ki, Rusiyanın hərbi potensialı kağız üzərində qorxulu görünsə də, zəif iqtisadi baza Kremlin real manevr imkanlarını xeyli məhdudlaşdırır.

Trampın bu açıqlaması ABŞ və Avropada Ukraynanın yeni hərbi təşəbbüsləri ilə bağlı müzakirələrin intensivləşdiyi dövrdə səsləndirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Amerika liderinin bəyanatına sərt reaksiya verib. O, Trampın Rusiyanı “kağız pələng” kimi təqdim etməsi ilə razılaşmadığını bildirib:
“Rusiya heç bir halda pələng deyil. Axı Rusiya daha çox ayı ilə əlaqələndirilir. Burada ‘kağızdan ayılar’ yoxdur, Rusiya əsl ayıdır”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.