Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp: Qəzzanın bərpasına 5 milyard dollardan artıq vəsait yönəldiləcək

Sülh Şurasına üzv dövlətlər humanitar yardım və təhlükəsizlik üçün maliyyə və hərbi dəstək vəd edir

29

Donald Trump Qəzza sektorunun yenidən qurulması və humanitar ehtiyaclarının qarşılanması üçün böyük məbləğdə vəsait ayrılacağını açıqlayıb. O bildirib ki, Sülh Şurasına daxil olan ölkələr bu məqsədlə 5 milyard dollardan çox maliyyə öhdəliyi götürəcəklər.

Tramp bu barədə özünün “Truth Social” platformasındakı paylaşımında məlumat verib. Onun sözlərinə görə, fevralın 19-da Vaşinqtondakı Sülh İnstitutunda keçiriləcək Şuranın ilk iclasında iştirakçı dövlətlər Qəzzada bərpa və humanitar fəaliyyətlər üçün ayrılacaq vəsaiti rəsmi şəkildə elan edəcəklər.

ABŞ Prezidenti əlavə edib ki, Şuraya üzv ölkələr bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə minlərlə hərbçi göndərməyə də hazır olduqlarını bəyan ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.