Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp iranlı qadın futbolçulara görə Avstraliyaya çağırış etdi

ABŞ prezidenti idmançılara sığınacaq verilməsini istəyib, əks halda onları qəbul etməyə hazır olduqlarını bildirib

36

ABŞ prezidenti Donald Trump iranlı qadın futbolçularla bağlı çağırış edib.

O, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Avstraliya hökumətinin İranın qadınlardan ibarət milli futbol komandasının beş üzvünü ölkələrinə geri göndərməsi ciddi humanitar səhv olar.

Tramp qeyd edib ki, futbolçular deportasiya edilərsə, onların həyatı təhlükə altına düşə bilər. O, Avstraliya baş nazirinə müraciət edərək idmançılara sığınacaq verilməsini istəyib və əlavə edib ki, əgər bu mümkün olmasa, ABŞ onları qəbul etməyə hazırdır.

Xatırladaq ki, İran millisinin beş üzvü Cənubi Koreyaya qarşı Asiya Kuboku oyunu öncəsi dövlət himnini oxumaqdan imtina etmişdi. Futbolçular təhlükəsizlik riski səbəbilə polisə müraciət ediblər. Hotel ərazisində yaranan qarışıqlıq zamanı İran hakimiyyəti ilə əlaqəli şəxslərin onları axtardığı bildirilir.

Şahidlərin sözlərinə görə, idmançılar hoteldən uzaqlaşaraq gizləniblər. Hazırda onların Avstraliya polisi tərəfindən mühafizə olunduğu qeyd edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.