Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp: “İranda rəhbərlik tam dəyişməlidir”

ABŞ prezidenti Vaşinqtonun İranda hakimiyyətin dəyişməsini istədiyini bildirib və yeni lider üçün bəzi namizədlərin nəzərdən keçirildiyini açıqlayıb.

72

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Administrasiyası İranda mövcud rəhbərliyin tamamilə dəyişməsini istəyir. O, bu barədə NBC News-a verdiyi müsahibədə danışıb.

Tramp qeyd edib ki, ABŞ İranda köklü dəyişikliklərin baş verməsini istəyir və ölkədə yeni rəhbərliyin formalaşmasını vacib hesab edir. “Biz İrana gedib hər şeyi təmizləmək istəyirik. Bizə 10 il ərzində vəziyyəti düzəldəcək biri deyil, yaxşı və güclü lider lazımdır”, – deyə ABŞ prezidenti vurğulayıb.

Ağ Ev rəhbəri potensial namizədlərin olduğunu bildirsə də, konkret şəxslərin adlarını açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı müxtəlif variantları izləyir.

“Düşünürəm ki, yaxşı iş görə biləcək bir neçə nəfər var. Biz onları nəzərdən keçiririk və vəziyyəti diqqətlə izləyirik. Hətta onların müharibədən sağ çıxması üçün də müəyyən addımlar atılır”, – deyə Tramp əlavə edib.

ABŞ prezidenti həmçinin İranın yeni liderinin ölkə daxilindən seçilməsinin daha məqsədəuyğun olduğunu qeyd edib. O bildirib ki, məqsəd İranın başına “ağlabatan və məsuliyyətli” bir şəxsin gəlməsidir.

Tramp İranın öldürülmüş ali rəhbəri Ayətulla Əli Xameninin oğlu Müctəba Xameneinin lider olmaq istəyinə də toxunaraq deyib ki, həyata keçirilən əməliyyatlar başqa bir Xamenei ilə qarşılaşmaq üçün aparılmır.

“Onlar seçim edə bilərlər, amma biz seçilən şəxsin ABŞ üçün ağlabatan biri olduğundan əmin olmalıyıq”, – deyə ABŞ prezidenti vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.