Toyuna 2 həftə qalmış meyiti tapılan qızın fotosu
Günəşli Bağlar Massivində meyiti taılan qızın ölümü ilə bağlı araşdırma aparılır
Oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar ərazisində asılı vəziyyətdə tapılıb. Sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb.
Məlumata görə, Ləman 35 yaşlı nişanlısı ilə bir neçə gün əvvəl qız toyu etmiş, noyabrın 1-də isə oğlan toyu planlaşdırılmışdı. Hadisədən əvvəl isə gəlinlikdəki kürək nahiyəsinin açıq qalması üzündən aralarında mübahisə baş verdiyi bildirilir. Mingəçevir Şəhər Prokurorluğu faktla bağlı araşdırma aparır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.