Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Toy mərasimi faciə ilə nəticələndi

“Alinea” restoranında keçirilən məclisdə 49 yaşlı kişi rəqs zamanı qəfil dünyasını dəyişib

67

Sumqayıt şəhərində keçirilən toy mərasimi acı sonluqla yadda qalıb. Hadisə şəhərdə yerləşən “Alinea” restoranında qeydə alınıb.

Məclisdə iştirak edən 49 yaşlı Baba Məmmədov rəqs zamanı qəfil özünü pis hiss edib. Ətrafdakıların və tibb işçilərinin operativ müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Kişi elə mərasim keçirilən məkanda vəfat edib.

Hadisədən sonra restorana hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.