Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Zayed İnsan Qardaşlığı Mükafatı” çərçivəsində etdiyi videomüraciətdə Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi tarixi əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirib.
Tokayev çıxışında bildirib ki, mükafat Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın müdrik rəhbərliyini qeyd edir, qarşıdurma əvəzinə sülh, kin əvəzinə məsuliyyət və keçmiş əvəzinə gələcəyin seçilməsini vurğulayır. O əlavə edib ki, bu təcrübə göstərir ki, hətta uzunmüddətli münaqişələr dialoq və təmkin vasitəsilə həll oluna bilər.
“Barışıq zəiflik deyil, güc deməkdir. Azərbaycan və Ermənistan Qazaxıstan üçün yaxın və qardaş ölkələrdir. Biz göstərilən etimadı və sülh danışıqlarının mühüm mərhələsinin Almatıda keçirilməsini yüksək qiymətləndiririk”, – deyə Tokayev qeyd edib.
Prezident həmçinin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkürünü bildirib və bildirib ki, bu prinsiplər konkret siyasi nəticələrdə öz əksini tapır. Tokayevin sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq region üçün yeni məzmun yaradır və beynəlxalq münasibətlərdə diplomatiyaya etimadı gücləndirir.
O vurğulayıb ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülhə sadiqliyi milyonlarla insana ümid verdi və sabit, mehriban qonşuluq əlaqələrinin beynəlxalq dəyərlərini nümayiş etdirdi.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.