Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tofiq Əsgərov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olundu

O, bu vəzifəyədək Mingəçevir Şəhər İcra Hakimiyyətində  çalışırdı

Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə Tofiq Əsgərov gətirilib. Bu kresloda o, Şahin Əliyevi əvəz edib.

Tofiq Əsgərov 2006-cı ildən bəri Mingəçevir Şəhər İcra Hakimiyyətində  çalışıb. 2013-cü ildən isə aparatda baş məsləhətçi işləyib.

Şərhlər bağlıdır.