Tibb Dünyasında Yenilik
Nanohissəciklər üzərində qurulan yeni peyvənd melanoma, mədəaltı vəzi və döş xərçənginin yayılmasını əngəlləyə bilir
ABŞ-nin Massaçusets Amherst Universitetində çalışan tədqiqatçılar nanohissəciklərdən istifadə edilən yeni bir peyvənd hazırlayıblar ki, bu da xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını əhəmiyyətli dərəcədə maneə törədir.
Laboratoriya sınaqlarında peyvənd siçanlarda sınanıb. İlk mərhələdə vaksini alan siçanların 80%-i melanomadan tam qorunmuş, adi peyvənd alan heyvanların isə ömrü 35 gündən artıq olmamışdır. Eyni zamanda, vaksinin tətbiqi ilə ağciyər metastazları da dayandırılıb.
İkinci sınaqda isə tədqiqatçılar insan xərçəng hüceyrələrindən əldə edilmiş şiş materialını istifadə edərək daha real nəticələr əldə etməyə çalışıblar. Bu mərhələdə peyvənd mədəaltı vəzi xərçəngi üçün 88%, döş xərçəngi üçün 75% və melanoma üçün 69% effektivlik göstərib.
Alimlər hesab edir ki, gələcəkdə bu “nanovaksin” insanlarda bir çox xərçəng növünə qarşı universal mübarizə platforması kimi istifadə oluna bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.