Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Texnologiya və Təhsil

“Gemini” süni intellekt modeli artıq Azərbaycan dilində istifadəyə verildi, yeni yaradıcı alətlər və interaktiv funksiyalar təqdim olunur

53

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bildirir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib.

Məlumata görə, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmaq imkanı yaradır.

Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq imkanı verən “Gemini Live” funksiyası aktivdir.

Şirkət eyni zamanda “Nano Banana” və “Veo” kimi qabaqcıl yaradıcı alətləri Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.

Bundan əlavə, məhsuldarlıq və təhsili dəstəkləmək üçün Azərbaycan dilində üç yeni funksiya istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa və bir neçə mənbədən məlumatları sintez edərək ətraflı hesabatlar təqdim etməyə imkan verir. “Guided Learning” funksiyası isə istifadəçilərə interaktiv testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.