Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Temu sifarişlərində gecikmələr: İKTA xəbərdarlıq edir

Çin bayramları səbəbindən fevralın 15-23-də bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr gözlənilir

29

Çindən Azərbaycana göndərilən bağlamalarda müvəqqəti gecikmələr və fasilələr yarana bilər. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat verib.

Bildirilir ki, Çin Xalq Respublikasında fevralın 15-dən 23-dək bayram günləri səbəbindən rəsmi qeyri-iş günləri tətbiq olunur.

“Bu dövrdə Çində fəaliyyət göstərən anbarların əksəriyyəti məhdud iş rejimində çalışır. Buna görə də bağlamaların ölkəmizə göndərişində gecikmələr yarana bilər. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir. İstifadəçilərə sifarişlərini planlayarkən bu amili nəzərə almaları tövsiyə olunur”, – deyə İKTA məlumatında qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.