Televiziya kanallarında “ok” sözünə görə xəbərdarlıq olacaq
Dilimizin qorunması üçün televiziya kanallarına ciddi xəbərdarlıqlar ediləcək
Audiovizual Şuranın sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edərkən ölkədə əcnəbi sözlərin geniş yayılmasına diqqət çəkib.
O bildirib ki, son illərdə reklam çarxlarından əcnəbi sözlərin çıxarılması istiqamətində mühüm addımlar atılıb və qanunvericiliyə uyğun tədbirlər görülüb. Buna baxmayaraq, televiziya proqramlarında dil normalarına əməl olunması hələ də kifayət qədər təmin olunmayıb.
Səttarov qeyd edib ki, televiziyalarda əcnəbi sözlərin istifadəsi monitorinq olunur və süni intellekt proqramı vasitəsilə 40-a yaxın sözün təhlili aparılıb. Xüsusilə “ok” sözünün aparıcılarda geniş istifadə edildiyi müəyyən olunub: “Bu səbəbdən kanallara xəbərdarlıq göndəriləcək. Qanunvericilikdə cərimələr də mövcuddur. Biz media qurumlarını cərimələmək istəmirik, amma başqa çıxış yolu qalmayıb”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.