Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tehran müharibənin dayandırılmasına hazır deyil

Abbas Əraqçi: Danışıqlar mərhələsinə çatmamışıq

232

İran hazırda hərbi qarşıdurmanın dayandırılması ilə bağlı şərtlərin müzakirəsinə hazır olmadığını açıqlayıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi NBC News telekanalına müsahibəsində danışıb.

Nazir bildirib ki, rəsmi Tehran münaqişənin başa çatdırılması üçün danışıqlara başlamaq mərhələsinə hələ gəlib çatmadığını düşünür.

“Biz hələ həmin nöqtədə deyilik”, – deyə o, müharibənin hansı şərtlərlə bitə biləcəyi barədə suala cavabında qeyd edib.

Əraqçinin sözlərinə görə, qarşıdurma tam başa çatmadan İran mübarizəni dayandırmaq niyyətində deyil və ölkə öz xalqının təhlükəsizliyi naminə mübarizəni davam etdirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.